Ölkə

Sumqayıtda sevgilisindən ayrılıb, özünü ağzından güllələyən kişinin məktubu tapıldı - FOTO

20 Fevral 2020 12:00
0 Şərh     Baxış: 3 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 19-da Sumqayıtda H.Z.Tağıyev qəsəbəsində baş verən intiharın təfərrüatı məlum olub.

Belə ki, Vitali Qreçkin intihar etməzdən əvvəl ölümqabağı məktub yazıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə yerində tapılan məktubda hər şeyin diktafona yazıldığı qeyd olunub. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları diktafonda V.Qreçkinlə həyat yoldaşı arasında olan telefon danışığının audio yazısını aşkarlayıblar. Qadın Rusiyada yaşamağa gedib və kişi ondan qayıtmasını istəyib. Lakin qadın qayıtmaqdan imtina edib. Nəticədə, V.Qreçkin depressiyaya düşüb və özünü vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.