Ölkə

Agentlik tibbi sığorta xidmətləri üzrə əhali tərəfindən edilən müraciətləri açıqladı

20 Fevral 2020 11:45
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvar ayında icbari tibbi sığorta xidmətlərinin tətbiq olunduğu ərazilərdə əhali tərəfindən edilən müraciətlər ən çox yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş xəstəlikləri üzrə olub.

Milli.Az Trend-ə istinadən xəbər veirr ki, bunu Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Idarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yanvar ayında müraciətlər ən çox yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş xəstəlikləri (12182), daha sonra yüksək qan təzyiqi, ümumi tibbi baxış, insulindən asılı olmayan şəkərli diabet üzrə olub.

Ən çox xidmət göstərilən tibb müəssisəsi Mingəçevir Şəhər və Yevlax Rayon Mərkəzi Xəstəxanası olub.

Z.Əliyev qeyd edib ki, ITSDA-nın açılması nəzərdə tutulan 11 filial dan artıq 6-si fəaliyyət göstərir.

Bu gün 5 ərazi tibbi bölməsi - Şək-Zaqatala, Bərdə - Yevlax, Quba- Xaçmaz, Göyçay- Kürdəmir və Dağlıq Şirvan fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.