Ölkə

"VAZ"la 78 yaşlı qadını vurub öldürdü

20 Fevral 2020 11:51
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon sakini, 1951-ci il təvəllüdlü Cavadov Şıxrza Yusif oğlu idarə etdiyi 44 BC 745 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən Şabran rayonu, Ağalıq kənd sakini, 1942-ci il təvəllüdlü Mustafayeva Səkinə Bilal qızını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.