Ölkə

Bərdədə “Mercedes-Vito” “KamAZ”la toqquşub - Ölən var

19 Fevral 2020 13:03
0 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunun Qarağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi "Mercedes-Vito" markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub.

Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölüb, özü və daha 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.