Ölkə

Bakıda oğurluq: özünü mağaza sahibinin dostu kimi qələmə verib kassanı soydu - VİDEO

19 Fevral 2020 14:03
0 Şərh     Baxış: 1 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda aldatma yolu ilə oğurluq hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Ceyhun Hacıbəyli 22 ünvanında qeydə alınıb. Dekorasiya mağazasında baş verən oğurluq anbaan kameralara düşüb.

Belə ki, adıçəkilən ünvanda olan mağazaya girən naməlum şəxs özünü obyekt sahibinin dostu kimi təqdim edir. Yan mağazada işlədiyini deyən orta yaşlı kişi müştəriyə geri qalan pulun qaytarılması üçün xırdasının olmadığını bildirir və bu mağazadan 50 manat borc götürür. Bir qədər sonra oğurluq olan mağazada işləyən xanım yan obyektə getdikdə orada belə bir şəxsin işləmədiyini öyrənir. Daha sonra fırıldaqçının eyni üsulu digər mağazalarda da işlətdiyi məlum olur.

Zərərçəkmiş şəxs Orxan Məmmədov Trend-ə bildirib ki, oğurluq ötən gün səhər saat 11 radələrində baş verib və o, hadisə barədə artıq polisə də müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.