Ölkə

24 yaşlı oğlanı qan içində xəstəxanaya çatdırdılar

19 Fevral 2020 13:08
0 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Xəqani kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Müseyibzadə Yasin Elxan oğlu döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası və daxili qanaxma diaqnozu ilə Gəncə şəhə Təcili Tibbi Yardım xəstəxanasına daxil olub.

Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb. Yaralı Y.Müseyibzadə və atası E.Müseyyibzadə ilkin izahatında bildirib ki, hadisə oğlanın həyətdə yıxılması nəticəsində baş verib.

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq ekspertiza aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.