Ölkə

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlandı

18 Fevral 2020 17:25
3 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun olaraq şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək digər tədbirlərin tarixləri müəyyən olunub.

Milli.Az DİM-ə istinadən şəhər və rayonlar üzrə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçiriləcəyi günləri təqdim edir:

S/s İmtahan keçiriləcək bölgələr
Buraxılış imtahanlarının keçirilmə tarixləri

Ümumi orta təhsil səviyyəsi üzrə (1-ci mərhələ)
Ümumi orta təhsil səviyyəsi üzrə (2-ci mərhələ) Tam(11 illik) orta təhsil səviyyəsi üzrə
1 Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvan, Hərbi liseylər*
01 mart 2020
14 iyun 2020
05 aprel 2020
2 Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Ağstafa, Qazax, Tovuz, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə,Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
09 mart 2020
07 iyun 2020
12 aprel 2020
3 Şəmkir, Gədəbəy, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Balakən, Zaqatala, Qax,Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Xüsusi məktəblər-Bakı*
15 mart 2020
21 iyun 2020
19 aprel 2020

Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.

C. Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrinin şagirdləri müvafiq siniflər üzrə 3-cü imtahan günündə (istiqaməti) imtahan verəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.