Ölkə

Yol polisi körpəni xilas etdi - VİDEO

15 Fevral 2020 18:24
1 Şərh     Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaş Elçin Məmmədovun axşam saatlarında körpəsinin qəfil halı pisləşdiyindən onu təcili xəstəxanaya aparmalı olub.

Milli.Az xəbər verir ki, Masazır yolunda olan tıxac körpənin həyat təhlükəsini artırıb. Fevralın 13 də saat 19 radələrində peşə xidmətini yerinə yetirərkən Daxili İşlər Nazirliyi Abşeron rayonu Dövlət Yol Polisi idarəsinin 99-YP-171 dövlət nömrə nişanlı avtomobilini idarə edən inspektoru yolda olan tıxacı açaraq, az yaşlı körpənin vaxtında xəstəxanaya çatdırılmasını təşkil etməklə, onun həyatını xilas edib.

Yol Patrul Xidməti inspektorları uşağın olduğu maşını yol boyu müşayiət edərək tıxacdan çıxarıb, xəstəxanaya tez çatmasına şərait yaradıb.

Körpənin ailəsi peşə borcunu şərəflə yerinə yetirən Yol Patrul Xidməti inspektorları Mehman Zülfuqarov və Qurban Baxşıyevə öz minnətdarlıqlarını bildirirlər.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.