Ölkə

AMEA Rəyasət Heyəti Aparatının yeni strukturu təsdiqləndi

12 Fevral 2020 13:09
Baxış: 7 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin apardığı genişmiqyaslı struktur islahatları çərçivəsində AMEA Rəyasət Heyəti Aparatının yeni strukturu təsdiqlənib.

Milli.Az xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, bu məqsədlə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib.

R.Mehdiyev ölkə rəhbərliyi tərəfindən aparılan islahatları yüksək dəyərləndirərək bu istiqamətdə Akademiya qarşısında qoyulan vəzifələrdən danışıb, son aylarda AMEA Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, Akademiya alimləri ölkədə aparılan yeni quruculuq işlərinə səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə öz əməli töhfələrini verməlidirlər. Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan bütün sahələr kimi AMEA da yüksək nailiyyətlər əldə etməli, xüsusilə innovativ layihələrin icrasına diqqət yetirməlidir. Bir sıra struktur islahatlarının bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdıran R.Mehdiyev AMEA Rəyasət Heyəti Aparatının idarə və şöbələri qarşısında duran vəzifələrdən, onların əhəmiyyətindən bəhs edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.