Ölkə

Penitensiar Xidmətin rüşvət alan zabitinin şikayəti təmin edilmədi

12 Fevral 2020 10:35
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apelyasiya Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş, rüşvət almaqda təqsirləndirilən Kazım Həsənovun barəsində olan hökmdən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin (CM) 311.2.3 (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir.

Rəsmi ittihama görə, o, tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı və uzunmüddətli məzuniyyətlər üçün rüşvət alıb.

K. Həsənov özünü təqsirli bilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, K.Həsənova CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin hökmdə ona CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.