Ölkə

Bu nəticələr bizi qane etmədi - AMEA

11 Fevral 2020 18:34
0 Şərh     Baxış: 8 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il ilk dəfə olaraq, doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirildi. Lakin etiraf etmək lazımdır ki, dissertanturaya qəbul olmaq istəyən namizədlərin xarici dil fənnindən göstərdikləri nəticələr bizi o qədər də qane etmədi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi Əminağa Sadıqov deyib.

AMEA-nın doktorantura və dissertantura səviyyəsi üzrə qəbul prosesinin artıq başladığını nəzərə çatdıran Ə.Sadıqov əlavə edib ki, AMEA və Təhsil Nazirliyinin birgə razılığı ilə xarici dil üzrə keçid balı 20 müəyyən edilib. Lakin ərizə verən namizədlərin təxminən yarısı bu balı toplaya bilmədiyi üçün ilk imtahandan keçə bilməyib:

"Hazırda AMEA və TN imtahanların nəticələrini təhlil edir. Zərurət olsa, keçid balının aşağı salınması üçün DİM-ə müraciət edilə bilər.Düzdür, DİM bu imtahanların keçirilməsinə məsuliyyətlə yanaşıb. Yəni imtahanlara uzun müddət qalmış proqramlar və test sualları əvvəldən hazırlanmışdı. Lakin yeni qəbul qaydaları bu il ilk dəfə tətbiq olunduğundan namizədlər üçün xarici dillə bağlı müəyyən çətinliklər olub. Doktoranturaya gəldikdə, artıq bir neçə ildir ki, qəbul zamanı xarici dil biliyi üzrə beynəlxalq dil sertifikatı tələb olunur. Ona görə də doktorantura sənəd verənlər bilirdilər ki, onları ciddi mərhələ gözləyir. Bu səbəbdən doktoranturaya qəbulda vəziyyət yaxşıdır. Amma dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib".

Ə.Sadıqov qeyd edib ki, qəbul imtahanı ilə bağlı dissertantlar üçün müəyyən güzəştlər edə və bununla bağlı vəsatət qaldıra bilərlər: "Onsuz da onlar təhsil aldığı dövrdə xarici dil üzrə yenidən imtahan verməlidirlər. Təbii ki, həmin vaxt hansısa güzəştd ən söhbət gedə bilməz".

Akademik katib bildirib ki, bu il AMEA-nın doktorantura və dissertantura səviyyəsinə qəbul üçün 300-ə yaxın yer ayrılıb. Lakin namizədlərin xarici dil üzrə göstərdikləri nəticələr qəbul planının dəyişməsinə səbəb olmayacaq. Çünki qəbul planı artıq hökumət tərəfindən təsdiqlənib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.