Ölkə

Biləsuvarda kütləvi zəhərlənmə: 1 ailənin 4 üzvü təcili Bakıya gətirildi

3 Fevral 2020 10:13
0 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər. Ailə üzvlərinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdikdən sonra vəziyyətləri ağır olduğu üçün onlar Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.