Ölkə

Böyük tibb müəssisələrində KIV-lə işləməyə məsul olan şəxslər müəyyən ediləcək

30 Yanvar 2020 15:41
0 Şərh     Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdəki böyük tibb müəssisələrində KIV-lə işləməyə məsul olan şəxslər müəyyən ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

Onun sözlərinə görə, müəssisələr hər kəsin məlumat almaq hüququnu təmin etmək məqsədilə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli və yaxud informasiya xidmətləri göstərən struktur bölmə yaratmalıdır:"Hər hansı iş başlayanda müəyyən gecikmələr ola bilər. Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində olarkən belə xidmət verilmirdi. Hər hansı məsul şəxs yox idi. Biz indi bu sistemi bunu qururuq. Yaxın zamanlarda KİV nümayəndələri xəstəxanalara müraciət edəndə həmin şəxslərlə əlaqə saxlayacaqlar ".

Ş.Eyvazov əlavə ki, KİV nümayəndəsinin informasiya əldə etmək üçün tibb müəssisəsinə müəyyənləşdirilmiş xüsusi saatlarda girişi təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.