Ölkə

Bakıda ev oğruları saxlanıldılar - FOTO

28 Yanvar 2020 11:27
1 Şərh     Baxış: 4 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində mənzil oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Tofiq Cəfərov və Sabirabad rayon sakini Peyman Quliyev tutulublar.

Araşdırma zamanı hər iki şəxsin paytaxt ərazisində bir neçə mənzildən pul və qızıl-zinət əşyaları oğurladıqları məlum olub. Onların paytaxt ərazisində kirayə yaşadıqları mənzillərə baxış zamanı evlərdən oğurladıqları əşyaların bir qismi aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. T.Cəfərov və P.Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.