Ölkə

İsmayıllıda evdən oğurluq edən şəxs saxlanıldı

25 Yanvar 2020 14:30
0 Şərh     Baxış: 5 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini evindən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən mirvari boyunbağının, qol saatının və digər əşyaların oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi və Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olunmuş rayon sakini Samir Əsədli olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq Bölməsində S.Əsədli barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.