Ölkə

Daxili orqanında narkotik vasitə keçirmək istədi

25 Yanvar 2020 14:08
0 Şərh     Baxış: 5 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, vətəndaş üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirib.

Bundan sonra onun üzərində aparılan şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yarandığından vətəndaş müşayiət altında Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanada rentgen müayinəsindən keçirilən vətəndaşın daxili orqanı - düz bağırsağından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd selofan bükümdə 112 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.