Ölkə

Parlament seçkilərində namizədlərin sayı məlum oldu - Ən çox namizəd hansı dairədəndir?

25 Yanvar 2020 12:18
Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində qeydə alınmış namizədlərin bu günə olan sayı məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda qeydə alınmış namizədlərin sayı 1399 nəfərdir. Ümumilikdə, seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət etmişdi. Lakin namizədlərdən 1032 nəfəri seçki prosesinin müxtəlif mərhələlərində könüllü olaraq seçkilərdə iştirak etməkdən imtina edib.

Seçkilərdə ən çox namizədin qeydə alındığı dairə 16 saylı Yasamal ikinci seçki dairəsidir. Həmin dairə üzrə 25 namizəd var.

Ən az namizədin qeydə alındığı dairələr isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan şəhər seçki dairələridir. Həmin dairələrin hər biri üzrə 3 namizəd qeydə alınıb.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.