Ölkə

Biləsuvarda 16 kq-dan artıq narkotik vasitə və silah-sursat aşkarlandı - FOTO

23 Yanvar 2020 16:35
0 Şərh     Baxış: 4 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvarda polis 16 kiloqramdan artıq narkotik vasitə və silah sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətidən Milli.Az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Bildirilir ki, Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd "Makarov" tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Həmin şəxslərin bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşı olan "Əli" adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədərək geri qayıtmalı idilər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.