Ölkə

Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıldı

23 Yanvar 2020 10:26
2 Şərh     Baxış: 3 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki,yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefonu alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daxil olan müracət əsasında Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvələr CM-nin 177-ci maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.