Ölkə

Azərbaycanda dəhşətli qəza: bir neçə avtomobil piyadanın üstündən keçdi

22 Yanvar 2020 10:24
2 Şərh     Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında baş verib.

Avtomobillərin qarşısına çıxan hələlik kimliyi məlum olmayan piyadanı "Ford" markalı yük avtomobili vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib.
Vurulan piyada tanınmaz hala düşüb.

Onun meyiti məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.