Ölkə

Dəmir yolundan oğurluq edən şəxs tutuldu - FOTO

21 Yanvar 2020 15:53
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvanda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan Regional qrupundan Milli.Az-a verilən məlumata görə, ötən gün dəmir yol ustası Cosqun Salmanov NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli XPŞ-nin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 1-ci puketdən 5-ci puketə qədər olan məsafədə 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidici dəmir mıxın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.

Dindirilmə zamanı H.Şıxəliyev törətdiyi cinayət əməlini etiraf edib, oğuladığı rels altlıqları və mıxlar ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.