Ölkə

Azərbaycanda axtarışda olan narkotacir saxlanıldı

21 Yanvar 2020 14:08
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axtarışda olan Ağcabədi sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a daxil olan məlumata əsasən, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Məmmədov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisindəki evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.