Ölkə

“Ford”la “VAZ” toqquşdu: ölən var

16 Yanvar 2020 17:23
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunun Alar kəndi ərazisində "Ford Transit" və "VAZ-2106" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, yanvarın 15-də saat 18:00 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Abşeron rayon sakini Y.Tahirovun idarə etdiyi "Ford Transit" və Salyan rayon sakini Ağarəhim Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Nəticədə A.Məmmədov hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.