Ölkə

Həbs olunan icra başçının müstəntiq oğlu işdən çıxarıldı

15 Yanvar 2020 11:40
0 Şərh     Baxış: 3 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

O bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o, tutduğu vəzifədən azad olunub.

Xatırlaq ki, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq idi. N.Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.