Ölkə

Piyada keçidlərində 43 eskalator təmir edilib - FOTO

13 Yanvar 2020 15:11
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə yeraltı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorları yerində təmiri mümkün olduğu təqdirdə agentliyin təmir briqadaları tərəfindən qısa müddət ərzində işlək vəziyyətə salınır. Təmiri mümkün deyilsə, ehtiyyat hissəsi xaricdən sifariş verilir. Sifariş çatdırılan kimi eskalatorlar təmir olunur.

2020-ci ilin əvvəlindən "Azneft dairəsi" və Sahil Metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib. Hazırda anoloji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.