Ölkə

Zakir Həsənov Ali Hərbi Məktəbdə yeni kursant yataqxanasının açılışında - VİDEO - FOTO

28 Dekabr 2019 11:24
Baxış: 1 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yeni istifadəyə verilən dördmərtəbəli kursant yataqxanasının açılışında iştirak edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni kursant yataqxanasının açılışını ediblər.

Müdafiə nazirinə məlumat verilib ki, müasir tələblərə cavab verən yeni dördmərtəbəli bina şəxsi heyətin əşyalarının saxlanması üçün anbardan, silah, ideoloji, dəftərxana, məişət və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.