Ölkə

AMEA-nın 5 illik inkişaf strategiyası hazırlanıb

26 Dekabr 2019 12:52
1 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf strategiyası hazırlanıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, AMEA-da islahatların həyata keçirilməsi, bir sıra yeniliklərin tətbiqi üçün yaxın dövr - 2020-2025-ci illər üçün inkişaf strategiyasının hazırlanması lazım idi:

"Artıq bir aydan çox idi ki, akademik R.Mehdiyevin rəhbərliyi altında işçi qrup AMEA-nın 2020-2025-ci illər üçün inkişaf strategiyasının hazırlanması üzərində iş aparıb. Artıq bu iş tamamlanıb. Yaxın 5 il üçün inkişaf strategiyası ümumi yığıncaqda müzakirə edilib. Bu, əslində akademiyada yeni islahatlar mərhələsinin başlaması deməkdir. Həmin strategiya müzakirə olunub qəbul edildikdən sonra yeni islahatlar dalğasına start veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.