Ölkə

AMEA-nın akademik katib ştatları ləğv edilir - İSLAHATLAR aparılacaq

26 Dekabr 2019 12:20
3 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bölmələrin akademik katib ştatlarının ləğv edilməsi nəzərdə tutulur. Bu məsələ AMEA-nın dekbarın 28-də keçiriləcək ümumi yığıncağında müzakirəyə çıxarılacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, islahatların aparılması üçün AMEA-nın nizamnaməsində müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranmışdı. Bununla əlaqədar artıq AMEA-nın nizamnaməsində uyğun dəyişikliklər edilib.

Vitse-prezident qeyd edib ki, AMEA-nın yeniləşmiş nizamnaməsi dekabrın 28-də keçiriləcək Ümumi yığıncağında müzakirəyə çıxarılacaq. Yeni nizamnaməyə əsasən, ləğv edilən akademik katiblərin kuratorluq etdiyi sahələrə AMEA-nın həmin sahələrə cavabdeh olan vitse-prezidentlərin rəhbərlik etməsi nəzərdə tutulur. İndiyədək bölmələrə kuratoqluq edən vitse-prezident indi həmin bölmənin sədri funksiyasını yerinə yetirəcək və həmin sədrin də köməkçisi olacaq:

"Bunlar paralel qurumlardır. Başqa ölkələrdə də buna uyğun islahatlar aparılır. AMEA-da bu paralel qurumları aradan qaldırmağı nəzərdə tutur. Bütün bunlar AMEA-da optimallaşdırmanın və ixtisarların aparılması ilə bağlı bir çox məsələləri həll etməyə kömək edəcək. Həmin ştatlar ləğv edildikdə onlara bağlı köməkçi qurumların da ixtisarı aparıla bilər. Hazırda bu istiqamətdə iş aparılır".

İ.Həbibbəyli qeyd edib ki, vitse-prezidentlərin köməkçisinin akademik olması zəruri deyil. Həmin köməkçi vəzifələri seçkili deyil, təyinat vəzifələri olacaq.

Xatırladaq ki, dekabrın 28-də AMEA Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.