Ölkə

Taksi qəza törətdi, piyada son anda xilas oldu - ANBAAN VİDEO

16 Dekabr 2019 15:39
0 Şərh     Baxış: 3 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda baş vermiş qəza anı kameraya düşüb. 

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxtda təmir olunan küçələrin birində baş verib. 

Belə ki, yolun bir tərəfi bağlandığı üçün avtomobillər müvəqqəti olaraq qarşılıqlı hərəkət ediblər. 

Bu zaman "Mercedes 190" markalı taksi sürücüsü köməkçi yoldan çıxaraq sola getmək istəyib.

Sağdan gələn maşını gözləməyən taksi sürücüsü yola çıxan kimi onunla toqquşub.

Zərbənin gücündən qopmuş parçalar yolun ortasındakı arakəsmə səki ilə gedən piyada dəyib. Piyada son anda ağır xəsarət almaqdan canını qurtarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.