Ölkə

4 rayonda 760 fərdi evə təbii qaz verildi

14 Dekabr 2019 14:09
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabr ayının 13-də Quba rayonunun Küpçalqışlaq qəsəbəsində 113 fərdi yaşayış evinə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Küpçalqışlaq kəndində 7497 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 113 evə fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.

Kürdəmir rayonu Qarabucaq kəndində də 280 fərdi yaşayış evi bu gündən etibarən mavi yanacaqla təmin olunub. Rayon üzrə hal-hazırda qaz alan abonentlərin sayı 20 855-ə çatmaqla, qazlaşma faizi 99,4 % təşkil edir. Qarabucaq qəsəbəsinin qazlaşdırılması üçün 10 172 metr daşıyıcı orta təzyiqli polietilen, 16 792 metr müxtəlif diametrli polad borularla yerüstü məhəllədaxili qaz xəttləri çəkilib. 280 fərdi evin hər birinə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb.

Mingəçevir şəhərində "Vaqonlar" adlanan yaşayış massivində isə 260 fərdi yaşayış evinə qaz verilib. Yaşayış massivində 9100 metr uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Qeyd edək ki, Mingəçevir şəhərinin "Vaqonlar evi" adlanan ərazisində qazlaşdırma işlərinə bu ilin avqust ayının ortalarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq başlanılıb.

Masallı rayonunun Ərkivan qəsəbəsindəki 107 fərdi yaşayış evi də dekabrın 13-dən etibarən mavi yanacaq almağa başlayıb. Burada çəkilən yeni qaz xətlərinin uzunluğu isə ümumilikdə 11 006 metr təşkil edir.

Qeyd edək ki, bütün yaşayış məntəqələrində qaz xətləri əvvəlcədən kipliyə və möhkəmliyə yoxlanılıb. Təbii qazın verilməsi "Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları"na riayət edilməklə icra olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.