Ölkə

Komitə sədri: "Zorakılığa məruz qalan qadınlar uzun müddət..."

13 Dekabr 2019 18:59
1 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox zaman zorakılığa məruz qalan qadınlar uzun müddət susurlar və nəticədə də ağır cinayətlər baş verir. Qadınlar kiçik münaqişə olanda vaxtında müraciət etsə və ailə də nəzarətə götürülsə, belə hadisələr olmaz".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, qadınların çox zaman hansısa zorakılıqla qarşılaşanda müraciət etməməsi ən böyük problemdir.

H.Hüseynova əlavə edib ki, zorakılığa məruz qalan qadınlar Komitəyə üz tutanda onlara məhkəməyə müraciət etmək təklif edilir, amma qadınlar bunu eləmirlər:

"Bunun da bir çox səbəbləri var. Bəziləri iqtisadi baxımdan müstəqil olmadığını deyirlər, bir çox hallarda isə qorxurlar. Bu gün bizdə elə güclü müdafiə sistemi yaranıb ki, qadınlar heç nədən qorxmadan məhkəməyə müraciət edə bilirlər. İstəyirik ki, bu qadınlar daha da güclü olsunlar. Biz onlara kömək edə bilərik ki, vəkilləri olsun, müdafiə olunsunlar. Qadınlar bir az özlərinə hörmətlə yanaşmalıdılar. Rayon yerində hamının problemli ailələrdən xəbəri olur. Burada ictimai qınaq, ictimai münasibət də güclənsə, bir çox problemləri həll etmək olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.