Ölkə

Bu hal qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır - Anar Bağırov

13 Dekabr 2019 14:34
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəinki fiziki zorakılığa məruz qalanlar, eyni zamanda mənəvi zorakılığa məruz qalan şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu gün qanunvericilikdə fiziki zorakılığa məruz qalanlara hüquqi yardımın göstərilməsi üzrə ödəniş nəzərdə tutulub. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda bəzi hallarda zərərçəkmiş şəxslərə dövlət hesabına hüquqi yardım göstərilir:

"Ən böyük problem odur ki, mənəvi zorakılığa məruz qalmış şəxslərə hüquqi yardımın göstərilməsi üzrə ödəniş həyata keçirilmir. Hesab edirik ki, gələcəkdə qanunvericilikdə bununla bağlı dəyişikliklər edilməlidir. Fiziki zorakılıqla yanaşı, mənəvi zorakılığa məruz qalan zərərçəkmiş şəxslərə də dövlət hesabına hüquqi yardım göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır. Ümid edirəm ki, bununla bağlı birgə təkliflər hazırlanacaq və tərəfimizdən aidiyyəti qurumlara təqdim olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.