Ölkə

Bu şəxslər üçün xidmət haqqı vergilərdən azad edilsin - TƏKLİF

13 Dekabr 2019 13:37
Baxış: 3 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dövlət hesabına vəkillik xidməti göstərən vəkillərə ödənilən xidmət haqqının vergilərdən azad edilməsi çox yaxşı olar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ötən ilin fevralına qədər vəkillərə dövlət tərəfindən bir saatlıq vəkillik fəaliyyəti üçün 2 manat ödənilirdi. Lakin ötən ilin fevral ayından Prezident İlham Əliyevin sərəncamı ilə bu xidmət haqqına görə ödənişin məbləği 3 dəfə artırıldı. Hazırda vəkillərə bir saatlıq fəaliyyəti üçün 6 manat ödənilir.

A.Bağırov hesab edir ki, digər region ölkələri ilə müqayisədə bu, normal məbləğdir:

"Əgər vəkil 8 saat ərzində dövlət hesabına hüquqi yardım göstərərsə, bu, gün ərzində 48 manat ödəniş edir. Bu, heç də az məbləğ deyil. Lakin orada bir məqam var. Hesab edirəm ki, bu məsələ gələcəkdə müzakirə obyekti olmalıdır. Bu məbləğə ƏDV və digər vergilər də daxildir. Vəkillik xidməti dövlət hesabına olduqda bu vəsait vergilərə cəlb olunmasa, daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, bu, güzəştli məbləğdir. Məncə, 6 manat vergidən azad edilsə, daha yaxşı olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.