Ölkə

Şəmkirdə 35 yaşlı qadın qatarın altında qaldı - Rəsmi açıqlama

13 Dekabr 2019 16:09
1 Şərh     Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə qatar qadını vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən Dəllər-Zəyəm mənzilinin 137-ci km-də qeydə alınıb.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Şərifova Xəyalə Zakir qızı qəflətən hərəkətdə olan elektrovozun yoluna çıxıb. Elektrovoz həyəcan siqnalı verməklə yanaşı, təcili tormozlama etsə də, məsafə az olduğu üçün qadını vurub. 

X.Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

XXX

"Azərbaycan Dəmir Yolları" QSC-i Şəmkirdə baş verən qəza ilə bağlı rəsmi açıqlama yayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən açıqlamada bildirilib ki, ölümlə nəticələnən hadisə dekabrın 12-si, saat 19:20-də Dəllər-Zəyəm mənzilində baş verib.

Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb. 

Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X.Orucova Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

Qatar saat 19:50-də təyinatı üzrə yola salınıb. Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.