Ölkə

"Qaydaları pozan direktorlara..." - Məhəbbət Vəliyeva

12 Dekabr 2019 15:59
2 Şərh     Baxış: 2 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məktəb direktoru həm təsərrüfata rəhbərlik edir, həm də gənc nəslin təlim-tərbiyəsi prosesini idarə edir və ona cavabdehlik daşıyır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, direktor öz fəaliyyətini ölkəmizin qanunlarına uyğun qurmalıdır: "Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq əgər idarəetmədə qanunlara istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar - intizam tənbehləri, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir.

Bu mənada məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil. Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşür. Təhsil Nazirliyinin də onun məktəbi idarə etməsinə nəzarətini yaxşı bilir".

Nazir müavini bildirib ki, Təhsil Nazirliyi ciddi şəkildə məktəblərin idarə olunmasına nəzarət edir: "Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərinin sağlamlığı və təhlükəsizliyinin, istərsə də sağlam psixoloji mühitin yaradılmasının, məktəb-valideyn münasibətlərinin vacibliyini başa düşüb, işini bu müstəvidə qurmalıdır. Bizim də tələbimiz bundan ibarətdir.

Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.