Dekabrın 10-da saat 21 radələrində İmişli şəhəri ərazisində Əliqulular kənd sakini V.Cəfərov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən şəhər sakini Yasin Xammədovu vurub.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 11-də orada ölüb.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az