Ölkə

Görün dönərxanalara necə ət paylanılır - Gəncədə şok - FOTOlar

12 Dekabr 2019 11:54
3 Şərh     Baxış: 5 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumata əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini (budunu) emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.