Ölkə

İnsan Haqları İnstitutu ilə MPK arasında anlaşma memorandumu

11 Dekabr 2019 18:27
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi MPK prezidenti İlqar Rəhimov və institutun direktoru Aytən Mustafayeva imzalayıblar.

Milli.Az xəbər verir ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda baş tutan imzalanma mərasimində MPK prezidenti İlqar Rəhimov qeyd edib ki, bu əməkdaşlıq fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması üçün mühüm addım olacaq. Əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması baxımından da bu anlaşma memorandumu çox əhəmiyyətlidir.

"Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması üçün hüquqi bazanın möhkəmləndirilməsi vacibdir. Bizim birgə əməkdaşlığımız sayəsində qanunvericiliklə bağlı müəyyən təkliflər edilə bilər" - deyə o əlavə edib.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva isə qeyd edib ki, əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi rəhbərlik etdiyi institutun önəm verdiyi sahələrdən biridir.

"Əminəm ki, bizim əməkdaşlığımız bu istiqamətdə mühüm irəliləyişə səbəb olacaqdır", - A. Mustafayeva vurğulayıb.

Qeyd edək ki, memorandum fiziki məhdudiyyətli  şəxslərin, o cümlədən paralimpiyaçıların hüquqları sahəsində birgə fəaliyyətin inkişaf etdirilməsini, cəmiyyətdə paralimpiyaçıların hüquqlarının təmini ilə əlaqədar müxtəlif  layahilərin birgə hazırlanaraq həyata keçirilməsini, birgə beynəlxalq layihə və proqramlarda iştirakın təmin olunmasını, bu sahədə mütərəqqi beynəlxalq standartların və təcrübənin ölkəmizdə tətbiqi imkanları və perspektivləri ilə bağlı müzakirələr və bu sahədə maarifləndirmə işlərinin aparılmasını və digər bu kimi mühüm istiqamətləri əhatə edir.

Memoranduma əsasən bundan sonra hər iki qurum paralimpiyaçıların mövcud olan infrastrukturdan istifadələrinə (əlçatanlığına) əngəl yaradan maneə və baryerlərin aşkara çıxarılmasını və aradan qaldırılmasını əhatə edən birgə tədbirlər həyata keçirəcəklər. Əhaliyə açıq olan və ya təqdim olunan obyekt (məktəblər, yaşayış evləri,  binaları, yolları, iş yerləri, idman qurğuları,  nəqliyyat və digər) və xidmətlərdən paralimpiyaçıların rahatlıqla istifadə imkanlarını nəzərdə tutan minimum standartları və rəhbər istiqamətləri ilə bağlı təkliflər hazırlayacaq, müyəssərlik problemləri üzrə təlimatlandırmanı və maarifləndirməni təşkil edəcəklər.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.