Ölkə

Bakıda məcburi köçkün 35 yaşlı qadını vurub öldürdü

10 Dekabr 2019 20:01
7 Şərh     Baxış: 1 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakıda məskunlaşan məcburi köçkün Qarayev Təvəkkül Hümbət oğlu idarə etdiyi "Mercedes" markalı 99 UH 814 dövlət nömrə nişanlı avtomobilllə Ukrayna dairəsində hərəkətdə olarkən yolu keçən, 1984-cü il təvəllüdlü Mehtiyeva Könül Bəxtiyar qızını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.