Ölkə

Bəzi ərazilərdə enerji təchizatında fasilələr yaranacaq - SƏBƏB

10 Dekabr 2019 14:39
Baxış: 3 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İki həftə ərzində bəzi ərazilərdə enerji təchizatında növbəli olaraq qısa müddətli fasilələr yaranacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərişıq" ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söyləyib. Onun sözlərinə görə, buna səbəb aparılan yenidənqurma işləridir:

"Aparılan yenidənqurma işləri ilə əlaqədar ölkənin bəzi regionlarında enerjinin verilməsində fasilələr yaranacaq. İşlərin bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı tam təmin olunması üçün Yeni ilə qədər bitməsi planlaşdırılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.