Ölkə

Astarada dəhşətli QƏTL - Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

9 Dekabr 2019 10:14
0 Şərh     Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun kənd sakini Əliyev Sadıq Noruz oğlunun evində yanaraq ölməsi barədə məlumat daxil olub.

Hadisə yerinə və yanmış evə baxış keçirilərkən ev sahibi S.Əliyev saxlanılıb. İlkin dindirilmə zamanı o C.Əliyevi qətlə yetirdiyini etiraf edib.

Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Hadisəni törədən S.Əliyev sonra evdəki sobanı təpiklə vurub aşırıb, nəticədə yanğın baş verib və ev tam yanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.