Ölkə

Yevda Abramov dəfn edildi - YENİLƏNİB - FOTO

8 Dekabr 2019 13:49
Baxış: 7 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:49

Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

--------

11:49

Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimlər gəlib.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq. Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib.

Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.