Ölkə

Balakəndə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib - FOTO

6 Dekabr 2019 20:17
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində olduğu kimi, Balakən rayonunda da böyük rəğbətlə qarşılanıb. Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən ağacəkmə aksiyasında 2 minədək rayon sakini iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aksiya zamanı Balakən Olimpiya İdman Kompleksinin həyətində, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Qazbinə kəndinin ərazisində minlərlə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib.

Genişmiqyaslı ağacəkmə aksiyaları şimal-qərb bölgəsinin digər rayonlarında da böyük ruh yüksəkliyi və bayram əhval-ruhiyyəsi ilə keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.