Ölkə

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Naftalanda minlərlə ağac əkilib - FOTO

6 Dekabr 2019 19:57
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da respublikamızda, o cümlədən Naftalanda şəhər rəhbərliyinin iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhər sakinləri yaşıllıqların artmasına töhfə verəcək və ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş bu nəcib təşəbbüsə həvəslə qoşulublar.

Aksiya şəhərin Ş.Qurbanov, Z.Tağıyev, İ.Nəsimi küçələrində, Ş.Qurbanov küçəsi ilə Z.Tağıyev küçələrinin kəşisməsində, Şirvan prospektində və S.Vurğun parkında keçirilib.

Musiqi sədaları altında keçirilən aksiyada şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri tərəfindən minlərlə Eldar şamı, tuya və çinar ağacı əkilib. Əkilən ağaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, kurort şəhəri Naftalanın ümumi mənzərəsinə yeni çalarlar əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili" elan olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.