Ölkə

Sabirabad-Saatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib - FOTO

6 Dekabr 2019 19:47
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəşəkkil şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da bütün bölgələrdə olduğu kimi, Sabirabadda da ağacəkmə aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu genişmiqyaslı kampaniyaya sevinclə qoşulan yüzlərlə sabirabadlı səhər saatlarından ağacəkmə aksiyasında iştirak etmək üçün Sabirabad-Saatlı avtomobil yolu boyunca toplaşıblar.

Bayram əhval-ruhiyyəsi ilə keçirilən aksiyada 12 min nəfərdən çox sabirabadlı iştirak edib və minlərlə müxtəlif növ meyvə və bəzək ağacları əkib, suvarıb, tinglərin mühafizəsi üçün qoruyucu sədlər çəkiblər.

Dekabrın 6-da Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında və Şirvan şəhərində də ağacəkmə aksiyası keçirilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünün ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasında mühüm rolu olacaq. Bu təşəbbüs mütəxəssislər və ziyalılar tərəfindən Azərbaycan təbiətinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində böyük qayğı kimi dəyərləndirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili" elan olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.