Ölkə

“Trend.az”, “Day.az”, “Milli.az” və “Azernews.az” əməkdaşları 650 min ağacın əkilməsi üzrə aksiyada iştirak edib - VİDEO - FOTO

6 Dekabr 2019 14:41
Baxış: 3 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trend.az", "Day.az", "Milli.az" və "Azernews.az" saytlarının əməkdaşları Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 650 min ağacın əkilməsi üzrə aksiyada iştirak ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aksiyada ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, ziyalılar və gənclər təşkilatlarının üzvləri iştirak edib.

Qeyd edək ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.

Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, çökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.