Ölkə

Bakıda maşın iki piyadanı vurdu: ölən var

5 Dekabr 2019 17:18
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

İdarədən Milli.Az-a verilən məlumata görə, dekabrın 5-də, saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində "Ford" markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə, 1995-ci il təvəllüdlü Samir Əliyev hadisə yerində dünyasını dəyişmiş, digər piyada - 1993-cü il təvəllüdlü Sabit Vəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bununla yanaşı, ilkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb, yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.

Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb.

Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.