Ölkə

Ağdaşda kanalda batan kişinin meyiti tapıldı - YENİLƏNİB

5 Dekabr 2019 16:55
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:55

Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.

FHN-dən APA-ya verilən məlumata görə, S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

----------
15:25

Ağdaşda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlu naməlum şəraitdə su kanalına düşüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.