Ölkə

Doktoranturaya qəbul üçün ingilis dilindən imtahan ödənişli olacaq

5 Dekabr 2019 14:28
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Doktoranturaya qəbul olmaq istəyənlər üçün ingilis dilindən imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməyə başlanıldıqda namizədlər üçün ödənişli olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, doktoranturaya qəbul imtahanı verənlər üçün ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur.

M.Abbaszadə əlavə edib ki, namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır.

DİM sədrinin bildirdiyinə görə, birinci mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq: "Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu, ödənişli olacaq. Qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqları dərc olunacaq".

Xatırladaq ki, bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub.

Doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.