Bakıda təcili tibbi yardıma yol verməyən bahalı maşının sürücüsü QADIN ÇIXDI - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün paytaxtın Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən "Toyota" markalı maşınla bağlı rəsmi açıqlama verilib.
Milli.Az xəbər verir ki, "Hər şey daxil"in telefonla efirinə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov 90-SJ-100 dövlət nömrə nişanlı "Toyota Land Cruser"in sürücüsünün qadın olduğunu açıqlayıb:
"Bu kadrlar sosial şəbəkələr vasitəsi ilə yayımlanıb. Açıq-aşkar görünür ki, təcili tibbi yardım avtomobilinin sürücüsü keçmək üçün aidiyyətı üzrə siqnal verir və verilmiş bu siqnal əsasında sürücülər həmin avtomobilin sərbəst hərəkətinə şərait yaradır. Lakin qeyd etdiyiniz avtomobil sürücüsü Tbilisi prospektində təcili tibbi yardım avtomobil sürücüsünün iki dəfə yol istəməsi açıq-aşkar görünsə də və digər sürücülər onun hərəkətinə şərait yaratmaq istəsələr də sürücü xanım təcili tibbi yardım avtomobilinə yol verilən əraziyə daxil olur. Artıq həmən sürücünün aşkarlanması və barəsində qanunveriliyin tələblərinə uyğun tədbirlərin keçirilməsinə başlanılıb. Əgər hal-hazırda avtonəqliyyat vasitəsinin sürücüsü özü könüllü Bakı Şəhər Dövlət Yol Polisinə müraciət edib səmimi etiraf edirsə, bu yüngülləşdirici hal kimi qəbul edilir. Törətdiyi xəta ilə bağlı izahat aldıqdan sonra ətraflı inzibati protokol tərtib olunacaq".

Aparıcı Tarix Əliyev (Tolik) polis polkovnikinə "Əks təqdirdə, xanım gəlməsə bəs? Bu xuliqanlıq sayılırmı?" sualını ünvanlayıb. Vaqif Əsədov aparıcının sualına "Söz yox ki, texniki vasitələrimiz var. Yəni, bu texniki vasitələrin köməyi ilə həmən avtomobil hansı istiqamətdə belə hərəkət edirsə, onun tərəfimizdən məcburi dayandırılması baş tutacaq. Orada təkcə sosial şəbəkələrlə yayımlanan süjet deyil. Deməli, Bakı şəhəri üzrə quraşdırılmış video kameraların köməyi ilə həmin nəqliyyat vasitəsinin hərəkəti tam izlənilib. Sözsüz ki, yol boyu hər-hansı bir xətaya yol verməsi də aşkarlanır. Eyni zamanda bu varsa, qanunvericilikdə göstərilən tələblər üzrə məsuliyyətə cəlb edilir" cavabını verib.
Qeyd edək ki, sözügedən təcili yardım maşınında insult keçirən qadın olub.
Təhməz Təkin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
XƏBƏR LENTİ
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi





